• Sayaç
  • Online Ziyaretçi : 21
    Bugün Toplam : 9
    Genel Toplam : 558404



Məqalədə Hindistanın Aliqarx Müsəlman Universitetinin incəsənət və sosial elmlər fakültəsinin siyasi elmlər kafedrasının professoru Arşi Xanın 2020-ci ildə “The İndian Journal of Politics” jurnalının 54-cü cildinin 1-2-ci nömrələrində dərc edilən “Azərbaycan və Ermənistan arasında münaqişəyə yenidən baxış” adlı məqaləsi təhlil edilmişdir. Təhlil edilən məqalədə Dağlıq Qarabağ münaqişəsinə ölkə hüdudlarından kənardan necə münasibət göstərilməsinə, bu münasibətin obyektiv və subyektiv cəhətlərinə, məqalə müəllifinin diqqətindən qaçan nöqsanlar və həmin yanlışlıqların mənbələr əsasında bərpasına da diqqət yetirilmişdir. Məqalənin ən maraqlı cəhəti hindistanlı alim Arşi Xanın məqaləsində tədqiq edilən 4 əsas istiqamətin hər birinin ayrı-ayrılıqda araşdırılaraq münasibət bildirilməsidir. Tədqiq edilən məqalədə müəllifin Dağlıq Qarabağ münaqişəsini nə dərəcədə obyektiv və incəliklə araşdırmasını önə sürülən istiqamətlərdən də aydın görmək olur. “Azərbaycanlıların Qafqazın yerli türk əhalisi, ermənilərin isə Qafqaza gəlmə olması”, “Azərbaycan Suverenliyinə təhdidlər”, “1918-ci il soyqırımı”, “Erməni təşviqatı, Sorğu hesabatı və Xocalı soyqırımı” və “Dağlıq Qarabağ barədə faktlar” kimi məqalənin əsas istiqamətləri Azərbaycan həqiqətlərinin düzgün istiqamətdə araşdırılması və təbliği baxımdan son dərəcə mühüm əhəmiyyət kəsb edir.






Adres :Akademik Tarih ve Düşünce Dergisi
Telefon :+ 90 533 310 2773 Faks :
Eposta :akademiktarihvedusunce@gmail.com / atddjournal@yandex.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri