• Sayaç
  • Online Ziyaretçi : 20
    Bugün Toplam : 13
    Genel Toplam : 558408



Məqalədə Qarabağın Alban-xristian məliklərinin Qarabağ xanlığın banisi Pənahəli xan Cavanşir tərəfindən mərkəzi hakimiyyətə tabe etdirilməsi mövzusu araşdırılmışdır. İlk mərhələdə Alban-xristian məliklərinin Qarabağdakı tarixinə nəzər salınır, onlardan dördünün – Dizaq, Vərəndə, Çiləbörd və Talış (Gülüstan) məlikliklərinin Azərbaycanın müxtəlif bölgələrindən Qarabağa gəlmə, Xaçın məlikliyinin isə qədim Azərbaycan Alban sülaləsinin davamı olması qeyd edilmişdir. Tədqiqat çərçivəsində alban məliklərinin tarixinin erməni tarixçiləri tərəfindən təhrif edilməsi, tutarlı qaynaqlara istinad edilmədən uydurma tarix yaradılması xüsusilə qeyd edilmişdir. XVIII əsrdə erməni tarixçiləri tərəfindən “erməni” adlandırılan Qarabağın xristian əhalisinin əslində Azərbaycan albanları olduğu məsələsinə aydınlıq gətirilmişdir. Qeyd edilən dövrdə Qarabağda yaşayan alban məlikləri Rusiya çarı I Pyotra göndərdikləri məktubda özlərini erməni deyil, alban adlandırmışlar. Daha sonra, Pənahəli xanın Alban-xristian məliklərinin seperatçı meyllərinin qarşısını almaq üçün gördüyü tədbirlər, onların mərkəzi hakimiyyətə tabe etdirilməsi və bir sıra mühüm məsələlər ilkin qaynaqlar əsasında araşdırılmışdır.






Adres :Akademik Tarih ve Düşünce Dergisi
Telefon :+ 90 533 310 2773 Faks :
Eposta :akademiktarihvedusunce@gmail.com / atddjournal@yandex.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri