Şəkinin Qədim Dövr Qadın Zinət Əşyaları
(ANCIENT WOMEN JEWELLERY OF SHEKI
)
Yazar
|
:
Elş?n Abdurahmanov
Aygül X?LİLOVA
|
|
Türü |
:
|
Baskı Yılı |
:
2021
|
Sayı |
:
3
|
Sayfa |
:
|
|
Özet
Arxeoloji qazıntılar zamanı əldə edilən çoxsaylı zinət əşyaları və aksesuarlar əcdadlarımızn tunc dövründən etibarən bahalı paltarlar geyindiklərini, zövqlə bəzəndiklərini söyləməyə əsas verir. Zinət və bəzək əşyalarına təlabatın tədricən artması bədii sənətkarlığın əsas tərkib hissələrindən biri olan zərgərlik sənətinin yaranmasına və inkişafına yol açmışdır.
Tarixin müxtəlif dövrlərində zinət və bəzək əşyalarından kişilərin də istifadə etməsinə baxmayaraq, bu predmetlər əsasən qadınlara məxsus olmuşdur. İstər arxeoloji abidələrdən aşkar edilən maddi-mədəniyyət nümunələri içərisində, istərsə də epiqrafik abidələr üzərindəki təsvirlərdə qadınlara məxsus zərgərlik məmulatları və aksesuarlarına daha çox rast gəlinir.
Azərbaycan Respublikasının şimal-qərb bölgəsində yerləşən Şəki şəhəri mühüm sənətkarlıq mərkəzlərindən biri kimi zərgərliyin də inkişaf etdiyi məkanlardan biri olmuşdur. Lakin Şəkinin qədim dövr sənətkarlığı indiyədək sistemli şəkildə araşdırılmamış, tədqiqatlardan kənarda qalmışdır.
Müəlliflər tədqiqat işində müxtəlif tarixi dövrlərdə Şəki və ətraf bölgələrdən aşkar edilən qadın zinət əşyaları və aksesuarlarını təhlil etməklə bu sənət sahəsinin keçdiyi inkişaf mərhələlərinə nəzər salmış, onları sistemli şəkildə işıqlandırmağa çalışmışlar. Tədqiqat zamanı ərazidə aparılan arxeoloji qazıntıların nəticələrinə, yazılı mənbələrə, etnoqrafik müşahidələrə və muzey materiallarına istinad edilmişdir.
Anahtar Kelimeler
Az?rbaycan Respublikası, Ş?ki ş?h?ri, qadın b?z?kl?ri, zin?t ?şyaları.
Abstract
Numerous jewelry and accessories found during archeological excavations suggest that our ancestors wore expensive clothes and decorated them with taste since the Bronze Age. The gradually increase in demand for jewelry and decoration things led to the development of jewelry art, which is one of the main components of artistic craftsmanship, and made condition for the creation of toponyms of this art in settlements.
Although jewellery and decoration things have been used by men at various times in history, these things have mostly belonged to women. For this reason, both in material-cultural samples found in archeological monuments and in descriptions on epigraphic monuments it is more happened jewellery and accessories belonged to women.
Sheki, located in the north-western region of the Republic of Azerbaijan, was one of the places where jewellery developed as one of the important centers of craftsmanship and various types of jewellery and decoration things were made elegantly. But, the ancient art of Sheki has not been systematically studied and has been out of research.
The authors looked at the stages of development of this art field, and tried to cover them systematically analyzing jewellery and accessories found in Sheki and surrounding areas in different historical periods. During the research it was referred to the results of archeological excavations in the area, written sources, ethnographic observations and museum materials.
Keywords
The Azerbaijan Republic, Sheki city, woman decorations, jewellery.